Kanadada Azərbaycan haqda sənədli film yayımlandı

Kanadada Azərbaycan haqda sənədli film yayımlandı
13 oktyabr 2022
# 18:20

Kanadada fəaliyyət göstərən ELTV Media qrupu ingilis dilində “Vahid Azərbaycan dövləti – Səfəvilər” adlı sənədli film yayımlayıb.

Kulis.az xəbər verir ki, filmdə Səfəvilər dövlətinin yaranma tarixi, əhatə etdiyi coğrafi ərazilər, süqutunun səbəbləri və bu dövlətin qurucusu Şah İsmayıl Xətai barədə ətraflı məlumat verilib. Səfəvilər dövlətinin müasir Azərbaycanın milli kimliyinin formalaşmasında böyük tarixi rol oynadığına diqqət cəlb edilib.

“My History” layihəsi çərçivəsində gerçəkləşdirilən film Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

# 5446 dəfə oxunub

Müəllifin son yazıları

# # #