Kamil insan olmaq - İlqar Kamil

Kamil insan olmaq - İlqar Kamil
20 may 2024
# 17:23

Beynəlaxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır.

Kulis.az xəbər verir ki, festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Festival çərçivəsində 28 may tarixdə tanınmış yazıçı-psixoloq İlqar Kamilin "Kamil insan olmaq" adlı mühazirəsi baş tutacaq.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.

# 674 dəfə oxunub

Müəllifin son yazıları

# # #