Avropa Yayım Birliyi (EBU) və Gürcüstan Dövlət Yayımçısı (GPB) 23-cü "Junior Eurovision" Mahnı Müsabiqəsində iştirak edəcək 18 ölkəni təsdiqləyib.
Kulis.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Bildirilib ki, iştirakçı ölkələr Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynadır.
Qeyd edək ki, müsabiqə 13 dekabr 2025-ci ildə Tbilisidə keçiriləcək. Azərbaycanı bu yarışmada Yağmur Nəsrullayeva təmsil edəcək.