İtaliyanın Kassine şəhərində sentyabrın 1-dən 5-dək Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib.
Kulis.az xəbər verir ki, Tədbir “Sən1Sən” Beyin Mərkəzi tərəfindən XVII əsrə aid “Palazzo Mandrilli”də təşkil edilib.
Mədəniyyət həftəsi ərzində bir sıra sərgilər baş tutub: Xalq rəssamı Arif Hüseynovun “Qırmızı rəngin əfsanələri” adlı fərdi rəsm sərgisi; IAAP-Titan dərəcəli fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi fotosərgisi; Azərbaycanlı rəssamların “Milli ruh” adlı müasir incəsənət sərgisi; “Fəsillərdə Azərbaycan” – Azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi; “Balaca sehr” – Azərbaycan və İtaliya uşaqlarının rəsm sərgisi.
Ümumilikdə 5 gün ərzində 200-dək rəsm və fotolar nümayiş etdirilib.
Qeyd edək ki, mədəniyyət həftəsi çərçivəsində keçirilən hər bir sərgi İtaliya və Azərbaycan mətbuatında, həmçinin sosial mediada geniş işıqlandırılıb.