İnsultdan sonra səhnəyə qayıdan Xalq artisti - İlham Əsgərov

İnsultdan sonra səhnəyə qayıdan Xalq artisti - İlham Əsgərov
6 sentyabr 2025
# 14:30

6 sentyabr Xalq artisti İlham Əsgərovun anım günüdür.

Kulis.az bu münasibətlə aktyorun həyat və yaradıcılığı barədə maraqlı faktları təqdim edir.

İlham Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunda anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.

1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub.

İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

2010-cu ildə beyin insultu keçirib və şəkər xəstəliyindən əziyyət çəkib.

Buna baxmayaraq, sənət fəaliyyətini davam etdirməyə çalışıb.

İlham Əsgərov həm klassik, həm də müasir tamaşalarda müxtəlif obrazlar yaratmaqla tanınıb.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Əməkdar artist, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

9 may 2012-ci il, 30 aprel 2014-cü il və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Mirzə İbrahimovun "Közərən ocaqlar" əsərində Əli , Hüseyn Cavidin "İblis" əsərində Ərəb, Bəxtiyar Vahabzadənin "Fəryad" əsərində Loğman və Əmir, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərində Nicat obrazlarını canlandırıb.

6 sentyabr 2015-ci ildə Bakıda, 57 yaşında vəfat edib.

Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib.

# 2404 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər