“Oskar” mükafatlı ispaniyalı aktyor Xavyer Bardem amerikalı müğənni Pinkin UNICEF-in "Yaxşı niyyət səfiri" vəzifəsindən azad edilməsini tələb edən kampaniyaya açıq dəstək verib.
Kulis.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında kampaniyanın keçidini paylaşaraq pərəstişkarlarını imza atmamağa çağırıb.
İmzaların sayı artıq 170 minə çatıb.
Məlumata görə, qalmaqal repçi Makleamorun Ed Şiranın konsert turunda fələstinlilərə dəstək olaraq "Azad Fələstin" şüarları səsləndirməsindən və Qəzzadakı humanitar böhranı tənqid etməsindən sonra başlayıb.
Pink bu çıxışı "fürsətçilik" adlandırıb və Makleamoru anti-İsrail təbliğatında günahlandıran "StopAntisemitism" platformasının paylaşımını yayımlayaraq konsert biletlərinin pulunun qaytarılmalı olduğunu deyib.
Bardemin dəstəklədiyi petisiya tərəfdarları Pinkin bu mövqeyinin UNICEF-in neytrallıq, tərəfsizlik və uşaq hüquqlarının qorunması prinsiplərinə zidd olduğunu vurğulayırlar.
Qeyd edək ki, UNICEF hələlik Pinkin səfirlik statusu ilə bağlı rəsmi qərarını açıqlamayıb.
İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar