İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb

İrlandiya və Niderland “Avroviziya”da iştirak etməyəcək – Səbəb
18 sentyabr 2026
# 13:00

İrlandiyanın “RTE” və Niderlandın "AvroTros" yayım şirkətləri İsrailin iştirakına etiraz olaraq "Avroviziya 2027" mahnı müsabiqəsində səhnə almayacaqlarını açıqlayıblar.

Kulis.az xəbər verir ki, yayımçılar Qəzzada davam edən insanlıq böhranı və mülki itkilər fonunda yarışmanın tərəfsizlik, müstəqillik və insanlıq prinsiplərinə uyğun gəlmədiyini bildiriblər.

Gələn il Bolqarıstanın Burqas şəhərində keçirilməsi planlaşdırılan yarışmanı İrlandiya televiziyası yayımlamayacaq.

Qeyd edək ki, İrlandiya və Niderland 2026-cı ildə Vyanada keçirilən yarışmanı da eyni səbəblə boykot edən ölkələr sırasında yer almışdı.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər