İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı
14 dekabr 2024
# 14:10

İranlı müğənni Parasta Əhmədi yarım saatlıq onlayn konsert verdiyi və hicabsız mahnı ifa etdiyi üçün saxlanılıb.

Kulis.az xəbər verir ki, Əhmədinin konserti dekabrın 11-də müğənninin YouTube kanalında canlı yayımlanıb. İranda xidmətə giriş məhdud olsa da, 12 saat ərzində onu 74 mindən çox insan izləyib.

Başlamazdan əvvəl Parasta Əhmədi bildirib ki, o, sevdiyi xalq və torpaq üçün mahnı oxumaq istəyir və heç kim onu bu hüquqdan məhrum edə bilməz. Səlahiyyətlilər hesab edir ki, konsert hüquqi icazəyə malik olmayıb, eləcə də hüquqi və mədəni standartlara cavab vermir.

Video internetdə yayıldıqdan az sonra təhlükəsizlik işçiləri Əhmədinin evinə soxularaq onu dindirilmək üçün Tehran prokurorluğuna aparıblar. Müğənninin hazırda harada olduğu məlum deyil. Ona qarşı cinayət işi açılıb, çünki İranda qadınların ictimai yerlərdə hicabsız görünməsi qadağandır və yalnız qadın tamaşaçılar qarşısında mahnı oxumağa icazə verilir.

# 308 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #