İkinci “Xarıbülbül” festivalının vaxtı açıqlandı

İkinci “Xarıbülbül” festivalının vaxtı açıqlandı
1 mart 2022
# 16:10

“Şuşa İli”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.

Kulis.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək.

Qeyd edək ki, bu il həmçinin Vaqif Poeziya Günləri, “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konserti, həmçinin “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

# 1586 dəfə oxunub

Müəllifin son yazıları

# # #