İki həftəyə rekord sayda izlənən film

İki həftəyə rekord sayda izlənən film
16 mart 2022
# 12:20

"Bergen" filmi iki həftə ərzində 2 milyon 644 min 300 dəfə izlənib.

Kulis.az xəbər verir ki, ilk həftəyə 718043 izlənilən film, ikinci həftəyə 981187 nəfər tamaşaçını sinema salonlarına çəkib. Film "ikinci həftə sonunda bütün zamanların ən çox izlənən filmləri" sıralamasında 39-cu yerə qalxıb.

Qeyd edək ki, "Bergen" filminin yüksək izlənmə sayı səbəbilə bu həftə vizyona girəcək yerli filmlərin tarixi növbəti həftələrə ertələnib.

"Bergen" filmi 4 mart 2022-ci ildə vizyona girmişdi. Ssenarisini Sema Kaygusuz və Yıldız Bayazıtın qələmə aldığı, rejissorluğunu Mehmet Binay və Caner Alperin etdiyi, Farah Zeynep Abdullahın başrolunu oynadığı bioqrafik və dram janrlı film, müğənni Bergenin həyat hekayəsindən bəhs edir.

# 1684 dəfə oxunub

Müəllifin son yazıları

# # #