“Greenland: Köç” filminin nümayiş tarixi açıqlandı

“Greenland: Köç” filminin nümayiş tarixi  açıqlandı
6 avqust 2025
# 15:48

“Greenland: Son sığınacaq” filminin davamı olan “Greenland: Köç” filminin çəkilişləri yekunlaşıb.

Kulis.az xəbər verir ki, rejissor Rik Roman Vaunun rəhbərliyi ilə lentə alınan filmdə baş rollarda yenidən Cerard Batler və Morena Bakkarin yer alıb.

Film, qlobal fəlakətdən sonra xarabalığa çevrilmiş Avropada, Garriti ailəsinin yaşana biləcək bir yer tapmağı ümidi ilə təhlükəli miqrasiya səfərini əks etdirir.

Ssenarisi Mitçell La Fortun və Kris Sparlinq tərəfindən yazılan filmin çəkilişləri İngiltərə və İslandiyada aparılıb.

Qeyd edək ki, “Greenland: Köç” 9 yanvar 2026-cı il tarixində kinoteatrlarda nümayiş olunacaq.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər