1-2 iyun 2024-cü il tarixlərində "Baku Crystall Hall"da geniş miqyasda "GameSummit Summer 2024" tədbiri keçiriləcək.
Kulis.az xəbər verir ki, tədbir üç hissədən ibarət olacaq: festival, oyun konfransı və şou.
Oyun konfransı həm oyun tərtibatçıları, həm də oyun sənayesi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Qonaq siyahısına öz zəngin təcrübələrini tamaşaçılarla bölüşəcək Rami İsmayıl, Xsolla və digər xarici məruzəçilər daxildir.
- Onu iki dəfə öldürmək istədilər, qəbrinin yeri üç dəfə dəyişildi, oğlu repressiya qurbanı oldu – Həsən bəy Zərdabinin film kimi həyatı
- Orxan Pamukdan giley dolu açıqlama: “Səsimiz eşidilmir”
- Cəfər Cabbarlı qadınlardan nə istəyirdi?
Konfransdan əlavə, ziyarətçilərə müxtəlif interaktiv əyləncələr - arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçılarının oyunlarının nümayişi təqdim olunacaq. GameSummit-in e-Sports hissəsi "League of Legends", "Dota 2", "Tekken 8", "Mortal Kombat 11", "Fifa 23", "Valorant", "CS2" çempionatlarından, həmçinin "AzDimension" studiyasının elan olunmamış oyunundan ibarət olacaq. Həmçinin, stend sahibləri kompüter və stolüstü oyunlar üzrə lokal çempionatların keçirilməsinə söz veriblər.
Şouda cosplayerlər, K-pop rəqsləri və musiqili çıxışlar olacaq.