Əzizə Mustafazadə Bakıda konsert verəcək

Əzizə Mustafazadə Bakıda konsert verəcək
18 iyul 2022
# 14:09

Oktyabrın 30-da Bakı Konqres Mərkəzində tanınmış caz ifaçısı, Xalq artisti Əzizə Mustafazadənin konserti keçiriləcək.

Kulis.az xəbər verir ki, COVID-19 pasportu və immun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmayacaq və alınmış biletlər də geri qaytarılmayacaq.

Qeyd edək ki, “Fast Track” xidmətini əldə edən qonaqlar Bakı Konqres Mərkəzinin ərazisinə B girişindən daha rahat və sürətli daxil ola biləcəklər.

Biletləri iticket.az saytından əldə etmək olar.

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #