“Erkən hisslər” qısametrajlı filmi Qazaxıstanda keçirilən Baykanur Film Festivalında “Ən yaxşı film” mükafatı mükafatına layiq görülüb.
Kulis.az xəbər verir ki, film Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Rental Azərbaycan” tərəfindən istehsal edilib.
Qeyd edək ki, dünya premyerasını “Krakov Beynəlxalq Film Festivalı”nda edən ekran əsərinin rejissoru Nurlan Həsənlidir.