“Duman” qrupu Bakıda konsert verəcək

“Duman” qrupu Bakıda konsert verəcək
4 aprel 2022
# 16:20

Məşhur rok qrupu “Duman” mayın 1-də Bakı Konqres Mərkəzində heyranlarının qarşısına çıxacaq.

Kulis.az xəbər verir ki, ən son 2019-cu ildə Bakıda 3000-dən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan “Duman” qrupu bu dəfə də paytaxtımıza zəngin musiqi proqramı ilə gəlir.

Qeyd edək ki, qrup Bakıda “Event Office” və “Atlantis” təşkilatlarının dəstəyi ilə çıxış edəcək.

# 1520 dəfə oxunub

Müəllifin son yazıları

# # #