Kulis.az Şakir Xanhüseynlinin “Bir əsgərin qeydləri” silsilə şeirlərini təqdim edir.
1.
...Döyüşürəm ölümlə
həyat üçün -
ölüm-dirim savaşı bunamı deyirlər...
düşmən əsgərini
barmağını tətiyə aparmağa qoymamalısan,
tutaq ki, gecədi;
əgər işıq işinə mane olarsa,
səhəri açılmağa qoymamalısan!
yəni bir an
döyüş vaxtı üçün uzun bir zamandı, inan...
2.
Döyüşün sağı, solu yoxdu,
düz yolu yoxdu.
çox böyüdüm bir-iki günün içində -
neçə təcrübə böyüdüm;
22 yaşlı bir “körpə” gəlmişdim,
sanki 22 sənə də böyüdüm...
3.
Döyüşə bilmək sizə asan gəlməsin,
çətindi ən əvvəl döyüşə girmək;
bir evə girmirsən,
yatağa girmirsən -
döyüşə girirsən;
onda özün öz yaranı sarımalı
və sağaltmalı olacaqsan...
bir də öz yarandan əvvəl torpağın yarası canını çox incidir;
axı, torpağın aldığı yara hamının - hər kəsin yarasıdır,
sağ qalmaq, ya qalmamağı heç düşünmürsən...
4.
Sanırsan ayağın ayaqqabıda yalındı,
atəşlərin içi də yolundu...
həm də sənə elə gəlir
əyninə zireh geymisən;
fəqət, əsl gülləkeçirməz ruhun olmalı,
bu məqamda güclü Vətən duyğun olmalı,
nə bilim, doğma ev, yurd, doğma adamlar hissin
qəlbindən fışqırmalı!..
5.
Vətəni bir bayraq
qaldırmaq
bilirsiz nə deməkdi?!.