Məşhur komediya aktyoru Cim Kerri iki illik fasilədən sonra yenidən kino çəkilişlərinə başlayıb.
Kulis.az xəbər verir ki, aktyor bu addımı pula görə atdığını bildirib.
"Kino aləminə ona görə qayıtdım ki, hələ də dahi ola bilərəm. Amma açığına qalsa, bütün pulumu sağa-sola xərcləmişəm. Yəni ki, etiraf edim, mənə pul lazımdır".
Qeyd edək ki, aktyor 2022-ci ildə kino karyerasını yekunlaşdırdığını açıqlamışdı və demişdi ki, "əgər mələklər qızıl mürəkkəblə yazılmış ssenari gətirsə, onda yenə kinoya çəkilərəm".