Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı
23 noyabr 2024
# 10:38

Ukrayna Prezidenti Volodimir Zelenski dövlətə xəyanətlə bağlı 34 nəfərin dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb.

Kulis.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının mətbuat xidməti məlumat yayıb.

Siyahıda keçmiş məmurlar, xalq deputatları, Ukrayna Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğunun rəhbərləri, incəsənət xadimləri, eləcə də Rusiyanın siyasi, din və mədəniyyət xadimləri yer almaqla 34 nəfər daxil edilib.

Onların hamısı Ukraynanın dövlət mükafatlarından həmişəlik məhrum olunublar.

On fiziki şəxsə qarşı təkcə mükafatlardan məhrumetmə deyil, həm də aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, habelə ticarət əməliyyatlarının tam dayandırılması ilə bağlı maksimum sanksiyalar tətbiq edilib. Onların arasında yeddi nəfər ilk dəfə sanksiyaya məruz qalıb.

Fərmana əsasən, musiqiçilər Nikolay Baskov, Filip Kirkorov, Aleksandr Malinin və bəstəkar İqor Krutoy Ukraynanın Xalq artisti, Taisiya Povaliy və Ani Lorak isə Ukraynanın Əməkdar artisti fəxri adlarından məhrum ediliblər.

# 584 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #