Kitab sərgisi

Bizans dövrünə aid qiymətli xəzinə tapıldı

Bizans dövrünə aid qiymətli xəzinə tapıldı
29 sentyabr 2025
# 12:57

İsraildə, Cəlilə dənizi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Bizans dövrünə aid 97 ədəd saf qızıldan sikkə və çoxsaylı zinət əşyaları tapılıb.

Kulis.az xəbər verir ki, təxminən 1400 illik xəzinə Hippos (Sussita) antik şəhərinin yaxınlığında aşkar olunub.

Sikkələr I Yustindən başlayaraq Heraklinin erkən dövrünə qədər olan imperatorları təsvir edir və üzərində ipək parça qalıqları da tapılıb.

Bu nadir tapıntı bölgənin siyasi və iqtisadi tarixi barədə vacib məlumatlar təqdim edir.

Qeyd edək ki, xəzinənin 7-ci əsrdəki siyasi qarışıqlıq zamanı gizlədildiyi ehtimal olunur.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər