Bədii qiraət müsabiqəsi keçirildi

Bədii qiraət müsabiqəsi keçirildi
4 may 2023
# 11:30

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Kulis.az xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Müsabiqədə iştirak edən bədii qiraətçilər Ulu Öndərə həsr olunmuş şeirləri böyük sevgi və ehtiramla təqdim ediblər.

Təqdim olunan çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin nəticələri mayın 5-də elan olunacaq.

# 691 dəfə oxunub

Müəllifin son yazıları

# # #