"Barbie" filminin ikinci treyleri yayımlandı

"Barbie" filminin ikinci treyleri yayımlandı
26 may 2023
# 13:30

Kinostudiya baş rollarda Marqot Robbi və Rayan Qoslinqin çəkildiyi “Barbie” filminin ikinci treylerini yayımlayıb.

Kulis.az xəbər verir ki, treyler YouTube kanalında yerləşdirilib.

Treyler Barbie və Kenin həyatını göstərir. Süjetə görə, filmin baş qəhrəmanı gözəllik standartlarına cavab vermək istəmədiyi üçün evindən qovulur. Margot Robbie və Ryan Gosling-in personajları real dünyaya gedir.

Filmin premyerası bu il iyulun 20-də baş tutacaq, iyulun 21-də bütün dünyaya təqdim olunacaq.

Layihənin ideyası 2014-cü ildə Mattelin "Sony" film şirkəti ilə əməkdaşlığa başladığı zaman yaranıb. Filmin rejissoru əvvəllər "Little Women" və 'Lady Bird" filmləri ilə tanınan Qreta Gerviqdir .

Filmin aktyor heyətində Robbi və Qoslinqdən başqa Amerika Ferrera, Keyt Mak Kinnon, İssa Rae, Ria Perlman, Hari Nef, Alexandra Şipp, Emma Macki, Şeron Runi və digər aktyorlar da var.

# 941 dəfə oxunub

Müəllifin son yazıları

# # #