Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”
25 iyun 2026
# 17:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı möhtəşəm konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan konsertdə teatrın simfonik orkestri, xoru və solistləri çıxış edərək dünya və Azərbaycan opera sənətinin incilərindən ibarət zəngin proqramla tamaşaçıların qarşısına çıxıblar.

Gecə dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın “Fiqaronun toyu” operasına uvertürası ilə başlayıb. Orkestri Əməkdar artist Əyyub Quliyev idarə edib.

Konsert proqramında müxtəlif musiqi nömrələri səsləndirilib.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər