Azərbaycanlı yazıçı Rusiyada qalib oldu

Elçin Əsədov, yazıçı

Elçin Əsədov, yazıçı

14 fevral 2022
# 14:20

Azərbaycanlı yazıçı Elçin Əsədov Rusiyada qalib olub.

Müəllifin Kulis.az-a verdiyi açıqlamaya görə, yazıçının “Tanrıya sən deyərək” (“С Богом на ты”) romanı 2022 ilin əvvəlində, yanvar ayında Rusiyada (Moskvada) keçirilən СЛФ4 (Самый Лучший Фильм) ədəbi ssenari müsabiqəsində 3-cü yerə layiq görülüb.

Elçin Əsədovun “Tanrıya sən deyərək” (“С Богом на ты) kitabı 2021 ildə Rusiyanın Sankt-Peterburqda yerləşən “Супер-Издательство» nəşriyyatında çap olunub. Roman eyni zamanda Rusiyanın iki nüfuzlu mükafatına (“Yasnaya polyana” və “Sozidayuşiy mir”) təqdim edilib.

Xatırladaq ki, bu, müəllifin ilk romanıdır. Bu yaxınlarda yazıçının ikinci romanı da oxucuların ixtiyarına veriləcək.

# 1838 dəfə oxunub

Müəllifin son yazıları

# # #