Azərbaycanlı şairlər "İmadəddin Nəsimi" mükafatına layiq görüldü

Azərbaycanlı şairlər "İmadəddin Nəsimi" mükafatına layiq görüldü
12 iyun 2023
# 19:00

Azərbaycanlı şairlər Qismət Rüstəmov, Şəhriyar Del Gerani və Ulucay Akif Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən "İmadəddin Nəsimi" mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, mükafatlar şairlərə Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təqdim olunub.

Qeyd edək ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə 5-11 iyun 2023-cü il tarixində AMEA parkında baş tutub. Bir həftəlik festival boyunca ümumilikdə 104 tədbir keçirilib, türksoylu ölkələrdən festivala 30-a yaxın qonaq gəlib.

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #