“Körük” jurnalı yenidən nəşr olundu

“Körük” jurnalı yenidən nəşr olundu
6 iyun 2025
# 09:45

Tbilisidə Gürcüstan Yazıçıları Birliyinin (GYB) Azərbaycan bölməsinin dərc etdirdiyi “Körük” adlı ədəbiyyat və sənət jurnalının uzun fasilədən sonra yenidən nəşrinə başlanılıb.

Kulis.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində yeni nəşrin təqdimatı olub.

Mərasimdə GYB-nin Azərbaycan bölməsinin rəhbəri, dərginin baş redaktoru Allahverdi Təkləli, türkiyəli şair Aytekin Karpaça, azərbaycanlı ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sonda tədbir bədii hissə ilə davam edib, aşıq Nargilə Mehtiyeva ifalarını təqdim edib, müxtəlif şeir nümunələr söylənilib.

# 159 dəfə oxunub

Müəllifin son yazıları

# # #