Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası olub

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası olub
5 iyun 2025
# 13:30

Rusiyanın Kostroma vilayətinin Kostroma şəhər "Məktəb teatrı" studiyası azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın premyerasını təqdim edib.

Kulis.az xəbər verir ki, premyera ötən ay teatr studiyasının mənsub olduğu 44 nömrəli orta məktəbdə baş tutub.

Məktəb uşaqlarının ifasında hazırlanmış səhnə əsəri ibtidai sinif şagirdləri tərəfindən böyük sevinclə və alqışlarla qarşılanıb.

Teatrın rəhbəri rejissor Natalia Malovanın quruluş verdiyi sözügedən tamaşa Kostroma vilayətinin Mədəniyyət Departamentinin “Yosif Kobzon adına Vilayət Xalq Yaradıcılığı Evi” tərəfindən keçirilən II Dünya Müharibəsindəki Qələbənin 80 illiyinə həsr olunmuş XVII Həvəskar Teatr Kollektivlərinin “Teatr Görüşləri” Regionlararası Festival-Müsabiqəsində də nümayış olunub və Festivalın III dərəcəli diplomuna layiq görülüb.

Qeyd edək ki, təkcə may ayı ərzində Rusiyanın müxtəlif şəhərlərində “Qarınqulu ayı balası” pyesi əsasında ayrı-ayrı teatrlarda hazırlanmış dörd fərqli tamaşanın premyerası baş tutub.

# 1566 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər