Qahirə Operasında Qahirə Simfonik Orkestrinin ifasında “XX əsrin şedevrləri 1” adlı konsert proqramı təqdim edilib.
Kulis.az xəbər verir ki, proqramın birinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun violonçel və orkestr üçün konsertindən 3 hissə (Allegro non troppo, Largamento, Finale: Allegro con fuoco) səsləndirilib.
Daha sonra görkəmli rus bəstəkarı İqor Stravinskinin əsərlərindən (Pulsinella, Alov quşu (1919-cu il versiyası) ibarət konsert təqdim olunub.
- Rüstəm İbrahimbəyov və Robert De Nironun rənglənmiş fotosu
- Öyle bir ölsem çocuklar – GÜNÜN ŞEİRİ
- Köçərli adına Respublika Uşaq Kitabxanası “Laçın Şəhəri Günü” tədbirində iştirak etdi
Qeyd edək ki, konsertin solisti Viktoriya Kapralova (violonçel), dirijoru isə Əhməd əl-Saidid olub.