Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində
23 oktyabr 2026
# 17:00

"Dice Kayek" moda brendinin Ayasofiyanın memarlığından ilhamlanaraq hazırladığı "Hagia Sophia" geyimi Londonun Viktoriya və Albert Muzeyində sərgilənəcək.

Kulis.az xəbər verir ki, 7 noyabr 2026-cı ildə açılacaq "Konstantinopoldan İstanbula: bir şəhər, iki imperiya" sərgisində bu əsər 200-dək tarixi eksponat arasında müasir dəbi təmsil edən yeganə işdir.

O, Ayasofiya mozaikalarındakı başmələk Cəbrayılın qanadlarından ilhamlanıb; 1920-ci illərin antik Murano şüşə muncuqları ilə bəzədilib.

Qeyd edək ki, Parisin "Maison Hurel" atelyesində 3 ay ərzində əllə işlənən əsər muzeyin İslam sənəti kolleksiyasına daxil edilib.

# 167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər