“Aşk-ı Memnu”nun aktrisası vəfat etdi

“Aşk-ı Memnu”nun aktrisası vəfat etdi
18 sentyabr 2026
# 10:10

Türkiyənin tanınmış teatr və kino aktrisası Gülsen Tuncer 81 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə məlumatı aktrisanın sənət yoldaşları sosial şəbəkə hesablarında paylaşıblar.

Gülsen Tuncerin bir müddətdir xərçənglə mübarizə apardığı bildirilirdi.

Qeyd edək ki, o, “Çalıkuşu”, “Fazilet Hanım ve Kızları”, “Aşk-ı Memnu” seriallarında canlandırdığı obrazlarla daha geniş kütlənin rəğbətini qazanmışdı.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər