Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı

Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri işdən çıxarıldı
29 fevral 2024
# 18:30

Naxçıvan Muxtar Respublikasının Sədərək rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Kulis.az xəbər verir ki, bununla bağlı MR-in mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Sədərək rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Vilayət oğlu İsmayılov işdən azad olunub.

Sədərək rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Seyidov Məhəmməd Eldar oğluna həvalə edilib.

# 538 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #