ARKA ilk dəfə apelyasiya tətbiq edəcək

ARKA ilk dəfə apelyasiya tətbiq edəcək
1 dekabr 2023
# 14:25

ARKA-nın reallaşdırdığı layihə müsabiqəsinin nəticələri Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi ilə Kino Agentliyində müzakirə olunub.

Kulis.az-a bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən məlumat verilib.

Müsabiqənin yeni adlar kəşf edəcəyi ümidi ilə sosial şəbəkələrdəki nigarançılıqlar da müzakirə olunub.

Agentlik nümayəndəsi hər bir müsabiqə iştirakçısına nəticələri apelyasiyaya vermək şansı yaradılacağını bildirib:

"Apelyasiya komissiyasının tərkibinin nüfuzlu kinematoqrafistlərinin olacaq. Qalib ssenarilərin də inkişafa və redaksiyaya ehtiyacı var. Ssenarilər tam hazır vəziyyətə çatandan sonra istehsala buraxılacaq. Layihələrə ayrılan maliyyə vəsaitinin də elan edilməsinin vacibdir"

Hər iki tərəf layihə müsabiqəsinin kinomuzun inkişafı üçün vacib bir mexanizm olmağı ilə yanaşı, kinematoqrafçılarımızn pitçinq, təqdimat, müzakirə vərdişlərinin artmasının və qiymtələndirmə mexanizminin kamilləşməsinin vacibliyini qeyd ediblər.

Kino istehsalının dövlət tərəfindən maliyyələşməsindəki uzun fasilədən sonra layihələrin operativ maliyyələşdirilməsi kinomuzda canlanma yaradacağı əminliyi ifadə olunub.

# 1799 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #