"Anora"nın ulduzu yeni filmdə

"Anora"nın ulduzu yeni filmdə
12 may 2025
# 16:00

Şon Beykerin "Anora" filmindəki roluna görə "Oskar" alan Mayki Medison yeni filmə çəkilir.

Kulis.az xəbər verir ki, 26 yaşlı aktrisa "Reptilia" adlı filmdə çəkiləcək.

Filmin mövzusu Floridadakı heyvan alveri haqqındadır.

Rejissoru Landes Echavarria, ssenaristləri Landes Echavarria və Duke Merriman olacaq.

Qeyd edək ki, filmin baş rollarından biri də Kirsten Dunstdır.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

# # #