Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı-filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, konfransın işi Ağdam şəhərində davam etdirilir.