ADA-da "Dünya Xəzinələri - Azərbaycan" filminin xüsusi təqdimatı olub - FOTO

ADA-da "Dünya Xəzinələri - Azərbaycan" filminin xüsusi təqdimatı olub - FOTO
27 oktyabr 2022
# 17:40

ADA Universitetində "BP Azerbaijan" və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Treasures of the World - Azerbaijan” ("Dünya Xəzinələri - Azərbaycan") filminin xüsusi təqdimatı keçirilib.

APA xəbər verir ki, tarixçi, yazıçı və "Dünya Xəzinələri"nin müəllifi və aparıcısı Betani Hyuz tərəfindən çəkilən film "BBC World News" da daxil olmaqla bir çox beynəlxalq mətbuat orqanlarında və televiziyalarda yayımlanıb.

Universitetin Marketinq-kommunikasiya üzrə meneceri Şəbnəm Məhərrəmova layihə haqqında məlumat verib:

"Film ingilis dilindədir və filmin Azərbaycan universitetləri içərisində ilk nümayişi məhz ADA Universitetindədir. Film Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirir. Məqsəd isə dünya ictimaiyyətini məhz sözügedən irs ilə yaxından tanış etməkdir".

Qeyd edək ki, film Azərbaycan dilinə dublyaj olunaraq ölkə kanallarında da yayımlanıb.

# 1040 dəfə oxunub

Müəllifin son yazıları

# # #