Yazıçı sosial şəbəkədə sponsor axtardı və...

Yazıçı sosial şəbəkədə sponsor axtardı və...
31 may 2021
# 09:33

Tanınmış yazıçı Səfər Alışarlı yeni povest yazıb.

Bu barədə Kulis.az-a yazıçı özü məlumat verib.

O, “Sifət möcüzələri” adlanan povesti artıq bitirdiyini öz Facebook profilində də bildirib. Eyni zamanda əsərin çapı üçün sponsor axtardığını bəyan edib. Az sonra onun oxucularından biri kitabı çap etmək üçün lazım olan məbləği ödəməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, hekayə və povestləri saytımızda mütəmadi yayımlanan Səfər Alışarlı “Maestro” romanı və “Gavur” povestinin müəllifidir.

Onun bir neçə hekayələr kitabı da nəşr olunub.

# 1241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #