Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayır

Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayır
20 sentyabr 2024
# 16:32

Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayacaq.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı Rəşad Səfər sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, dərgi bütün yaxşı mətnlərə açıqdır:

"Tezliklə yeni onlayn ədəbiyyat jurnalımız fəaliyyətə başlayır. Biz - Orxan Əyyub, Cavid Ramazanov və Rəşad Səfər bir araya gəlib “The Baku Review”nu təsis etdik. Jurnalın məqsədi Azərbaycan ədəbiyyatının yeni mərhələsinin bayraqdarı olmaqdır. İnanırıq ki, həqiqi ədəbiyyatın cəbhəsi yoxdur. Buna görə də jurnalımız bütün yaxşı mətnlərə açıqdır. Öz mətnlərini jurnalımızda görmək istəyənlər esse, məqalə, şeir və hekayələrini [email protected] elektron ünvanına göndərə bilərlər..."

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #