Venesiya Film Festivalı nə vaxt keçiriləcək?

Venesiya Film Festivalı nə vaxt keçiriləcək?
26 may 2020
# 11:23

Venesiya Festivalında kino baxışı planlaşdırıldığı kimi keçiriləcək.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 77-ci Venesiya kinofestivalı koronavirus pandemiyasından sonra keçirilən ilk genişmiqyaslı kino hadisəsi olacaq. Treviso əyalətinin qubernatoru Luca Zayanın sözlərinə görə, filmlərə baxış sentyabrın 2-dən 12-dək əvvəlcədən planlaşdırılan cədvələ uyğun olaraq aparılacaq.

Eyni zamanda yerli mətbuat yazır ki, dünyanın ən qədim film festivalının proqramı pandemiya ilə əlaqədar olaraq bir çox film üzərində işlərin dayandırılması səbəbindən azalacaq.

Xatırladaq ki, hər il Avropada keçirilən bütün yay şənlikləri koronavirus pandemiyası səbəbindən ləğv edilib.

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #