Türk musiqi qrupu “Grup Yorum”un üzvü İbrahim Gökçek vəfat edib.
Kulis.az türk mediasına istinadən xəbər verir ki, sənətçi konsert yasaqları və təzyiqlərinə qarşı ölüm orucu aksiyasına başlamışdı. Ölüm orucunun 323-cü günündə xəstəxanaya qaldırılan İ.Gökçekin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, qrupun digər üzvlərindən Helin Bölek də bu aksiyaya qoşularaq dünyasını dəyişmişdir.