Türkiyədə keçirilməsi planlaşdırılan "Jara-2020" təxirə salındı

Türkiyədə keçirilməsi planlaşdırılan "Jara-2020" təxirə salındı
29 iyul 2020
# 10:17

27-28 avqustda Bodrumda keçirilməsi planlaşdırılan “Jara-2020” Beynəxalq Musiqi Festivalı təxirə salınıb.

Kulis.az xəbər verir ki, bu barədə tədbir təşkilatçıları sosial şəbəkədə məlumat veriblər.

“Biz var gücümüzlə çalışırdıq ki, yay sizin üçün ancaq ən parlaq və musiqili təəssüratlarla yadda qalsın. Lakin vəziyyət başqa cürdür və biz “Jara” musiqi festivalını təxirə salmağa məcburuq”, - Jara TV-nin instaqramda yerləşdirdiyi məlumatda deyilir.

Qeyd olunur ki, tədbirin yeni keçirilmə tarixi barədə ən yaxın vaxtlarda məlumat veriləcək, daha əvvəl alınmış bütün biletlər keçərli olacaq.

“Biz istəyirik ki, festivalda özünüzü sakit və rahat hiss edəsiniz və ölkənin ən populyar artistlərinin hitlərinin sədaları altında keçirdiyiniz vaxtdan maksimum həzz ala biləsiniz”, - təşkilatçılar qeyd edirlər.

# 1561 dəfə oxunub

Müəllifin son yazıları

# # #