Mədəniyyət Televiziyası “Xatirə dayanacağı” adlı yeni layihəyə başlayır.
Kanaldan Kulis.az-a verilən məlumata görə, verilişdə Azərbaycanın tanınmış sənət adamları, məşhur simaları ilə onlar üçün doğma olan məkanlara, əziz, unudulmaz xatirələri olan yerlərə şəhər avtobusu ilə səyahət ediləcək. Qonaqlar həyatlarının unudulmaz xatirələrlə dolu dayanacaqlarda düşərək həmin məkanlara yaxınlaşdıqca yaddaqalan, şirin xatirələrindən danışacaqlar.
Ayda iki dəfə efirə gedəcək verilişin aparıcısı Emin Nəsirlidir. Layihə rəhbəri İntizar İsmayıl, ideya müəllifi Ziya Ağa, quruluşçu rejissor Ümman Budaqov, ssenari müəllifi Sevda Hüseyndir.
Xatırladaq ki, verilişin ilk buraxılışı dünən efirdə yayımlanıb.