Sənətçimiz erməni həmkarı ilə səhnə paylaşmaqdan imtina etdi

Sənətçimiz erməni həmkarı ilə səhnə paylaşmaqdan imtina etdi
14 yanvar 2020
# 09:37

Rusiyanın azərbaycanlı opera müğənnisi Yusif Eyvazov erməni sənətçisi sənətçisi Ruzan Mantaşyanla eyni səhnədə çıxış etməsini istəməyib.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, Yusif Eyvazov və Mantaşyanın fevralın 7-də Drezden Opera Balının açılışında eyni səhnəni paylaşması nəzərdə tutulsa da sənətçi bu çıxışdan imtina edib. Təşkilatçılar Eyvazovun lehinə seçim edərək erməni sənətçisinin konsertdən ayrılmasını istəyiblər.

Qeyd edək ki, Yusif Eyvazov tanınmış Rus müğənnisi Anna Netrebkonun həyat yoldaşıdır.

# 1664 dəfə oxunub

Müəllifin son yazıları

# # #