Tədqiqatçılar dünya şöhrətli şair və dramaturq Uilyam Şekspirin biseksual olduğu qənaətinə gəliblər.
Kulis.az xəbər verir ki, bu barədə "The Telegraph"da məlumat yer alıb. Professor Stanley Wells və Paul Edmondson şairin 154 sonetini və eyni zamanda bəzi pyeslərini analiz edərək onun homoseksual olması qənaətinə gəliblər. Alimlər şairin yazdığı bu əsərlərin həm qadınlara, həm də kişilərə həsr olunduğunu təsbit ediblər. Hətta Şekspirin, Anne Hathavay ilə evil olduğu zamanlarda həmcinsləri ilə də münasibətləri olduğu iddia olunur.
Edmondson qeyd edir ki, şairin bəzi sonetlərində xüsusi ilə kişilərə müraciətlər var.
Eyni zamanda, professorun fikrincə, 1980-ci illərin ortalarından etibarən evli və uşaqlı olmasına baxmayaraq, Şekspirin gey olduğu nəzəriyyəsi yayılmağa başlamışdı.
Qeyd edək ki, əvvəllər də Kembric Universitetinin tələbələri Şeksprin pyeslərində cinsi zorakılıq və təcavüz səhnələrinin olması barədə məlumat vermişdilər. Ona görə də mühazirə cədvəllərində şairin əsərlərindəki məlum hissələrə xəbərdarlıq simvolları qoyulmuşdu.