Şair-bəstəkara vəzifə verildi

Şair-bəstəkara vəzifə verildi
16 iyul 2021
# 16:51

Gənc şair, bəstəkar Aysel Kərim "Azərkitab Kitab Təbliği Mərkəzi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

Bu barədə Kulis.az-a Aysel xanım özü məlumat verib.

Xatırladaq ki, A.Kərim Milli Konservatoriya nəzdində Musiqi Kollecinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Bakı Slavyan Universitetinin yaradıcılıq fakultəsinin məzunudur.

Onun müəllifi olduğu əsərləri xalq artistlər və əməkdar artistlər ifa edir. Alim Qasımov və Fərqanə Qasımova, Brilliant Dadaşova, Fidan Hacıyeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Nüşabə Ələsgərli kimi sənətkarlar ifa edib. Həmçinin sözlərinə bəstələnən əsərlər Lalə Məmmədova, vokalçı Fərid Əliyev və s. tərəfindən səsləndirilib.

# 1757 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #