Rövşən İsaxın rejissoru olduğu “Yuxu kimi” serialının plagiat olduğu iddia edilir.
Kulis.az xəbər verir ki, bu iddianı yazar, ssenarist Cavi Dan irəli sürüb:
“Rövşən İsaxın "Yuxu kimi" serialı ssenari müəllifi olduğum "Günəşim ol" serialının plagiatıdır. Qız istəmədiyi oğlana verilir və toy ərəfəsində sevdiyi ilə qaçır, ata da ikinci qızını onun əvəzinə gəlini qaçan bəyə verir. Məhz bu motivi özüm düşünüb serialı da üstündə qurmuşdum”.
Serialın ikinci rejissoru və ssenari müəlliflərindən Vüqar Amirov məsələ ilə bağlı Kulis.az-a açıqlamasında irəli sürülən iddianın əsassız olduğunu bildirib:
“Mən şəxsən o qadını nə tanıyıram, nə də ki, sandığında saxladığı ssenaridən xəbərim var. Yəqin ki, gündəmə gəlmək istəyir. Serialın ssenarisi üzərində məndən başqa Rövşən İsax və Elxan Xanəlizadə də işləyir”.