Rəfiq Zəka Xəndanın 80 illik yubileyi keçiriləcək

Rəfiq Zəka Xəndanın 80 illik yubileyi keçiriləcək
27 noyabr 2019
# 17:09

Bu gün saat 19-da Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə görkəmli ədibin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Həmçinin, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq.

Rəfiq Zəka Xəndan heca və əruz vəznlərində yazdığı əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. O, "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.

# 3127 dəfə oxunub

Müəllifin son yazıları

# # #