Dövlət Tərcümə Mərkəzi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində Rəbiqə Nazimqızının “Çətirlərin qiyamı” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, kitaba müəllifin “Manifest”, “Zəlzələ”, “Müharibə”, “Portağal şəhəri”, “Qısqanclıq”, “Günah”, “Limon ətri”, “Qadın etirazı” kimi yüzə yaxın şeiri daxil edilib.
Kitabın “Ön söz”ünün müəllifi Əlisəmid Kür, redaktoru Salam Sarvandır.