Qobustan fəaliyyətə başladı

Qobustan fəaliyyətə başladı
31 avqust 2020
# 16:09

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarında edilən dəyişikliklərə uyğun olaraq avqustun 31-dən Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini bərpa edib.

Qoruğun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydaları və metodiki göstərişlərinə, sanitariya normalarına uyğun təşkil olunub. Bu məqsədlə muzeyin girişində və zallarında COVID – 19 infeksiyasından qorunmaq üçün məlumatlandırıcı lövhələr asılıb, sosial məsafənin qorunması məqsədilə nişanlanma aparılıb. Bundan başqa, qoruq əməkdaşları tərəfindən muzeyə daxil olan hər bir ziyarətçinin hərarəti ölçülür, əllərinin dezinfeksiyası üçün vasitələr təqdim olunur. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qobustan Milli Tarix-Bədii Qoruğu fəaliyyətini onlayn surətdə davam etdirərək izləyicilərə virtual xidmətlər göstərib. Hazırda Qobustan Milli Tarix-Bədii Qoruğu öz normal iş rejimini bərpa etməklə yanaşı, onlayn fəaliyyətini daha da genişləndirməyi və bu istiqamətdə izləyicilərə yeni layihələr təqdim etməyi planlaşdırır.

Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək, bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmaq istəyirsinizsə Qobustan Milli Tarix-Bədii Qoruğu qədim tarixi, ecazkar qayaüstü təsvirləri və füsunkar təbiəti ilə yolunuzu gözləyir.

# 1923 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #