Nura Suridən toylarla bağlı güzəşt

Nura Suridən toylarla bağlı güzəşt
30 iyun 2021
# 18:17

Müğənni Nura Suri toy qiymətlərini endirib.

Kulis.az xəbər verir ki, bu barədə müğənni özü açıqlama yayıb. O, qeyd edib ki, pandemiya dönəmində əksər məhsulların qiyməti qalxsa da, əhalinin qazanc yerləri məhduddur. Müğənni qərarını belə əsaslandırıb:

"Tədbirlərə, konsertlərə, el şənliklərinə qiyməti endirirəm. Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək, onsuz da, hamısı qiyməti qaldırıb. Camaat da pandemiyaya görə pul qazanmır neçə vaxtdır. Hazırkı vəziyyətdə əlimdən başqa heç nə gəlmir".

Qeyd edək ki, mövcud durumla bağlı bəzi müğənnilər toy qiymətlərini qaldırdıqlarını, bəziləri isə stabil saxladıqlarını açıqlamışdı. Qiymət endirimi barədə ilk qərarı Nura Suri elan edib.

# 2441 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #