#

Nəsiminin qəzəlləri italyan dilində

Nəsiminin qəzəlləri italyan dilində
28 noyabr 2019
# 10:20

Dekabrın əvvəlində “Nəsimi ili” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə İtaliyada dahi Azərbaycan şairi və filosofu Nəsiminin qəzəllərindən ibarət italyan dilində nəşr olunmuş kitabın təqdimatı keçiriləcək.

İtaliyanın “Tetti” nəşriyyat evinin çap etdiyi kitab ölkənin bir neçə şəhərində fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən Romanın Sapienza Universitetində təqdim olunacaq.

Təqdimatlarda Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında Nəsiminin əsərləri səsləndiriləcək. /azertag.az/

# 2409 dəfə oxunub

Müəllifin son yazıları

# # #