Nobelin təqimatında soyqırımı qalmaqalı

Nobelin təqimatında soyqırımı qalmaqalı
9 dekabr 2019
# 18:29

Ədəbiyyat üzrə Nobel mükafatının təqdimetmə mərasimi ərəfəsində soyqırımı qalmaqalı yenidən gündəmə gəlib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, bir çox ölkələrdə avstriyalı yazıçı Peter Handkeyə Nobel mükafatının verilməsi ciddi narazılıqlarla müşayət olunur.

Etirazçılar Peter Handkenin Nobel almasına 1990-cı illərdə Yuqoslaviya vətəndaş müharibəsi zamanı Serb qüvvələri ilə birlikdə soyqırımı cinayətlərinə görə məsuliyyət daşıyan Slobodan Miloşeviçi dəstəklədiyi üçün sərt reaksiya göstərir.

"Balkan qəssab"ı kimi tanınan Miloşeviçin tərəfdarına verilən mükafatın ləğv edilməsini tələb edən petisyaya 60.000 insan imza atıb. Onların içərisində bir çox yazıçı və siyasətçilərin də adları yer alıb.

Petisiya Nobel mükafatının təqdimat günündə - dekabrın 10-da İsveçin paytaxtı Stokholmda təslim ediləcək.

Nobel komitəsi məsələyə həmişəki prizmadan baxır: “Mükafatın verilməsində məqsəd müəllifi yox, qeyri-adi ədəbi əsərləri təbliğ etməkdir”.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi və Prezidentin mətbuat katibi İbrahim Kalin də Handkeyə ali mükafatın verilməsini pisləyən açıqlamalar verib.

# 3034 dəfə oxunub

Müəllifin son yazıları

# # #